Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunda Prezidentin Fərmanına ictimai dəstək verildi

11 iyul 2018 | 16:00

11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu cənub bölgəsinin Lerik rayonunda Heydər Əliyev Mərkəzində “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik və Astara rayon şöbəsinin, aidiyyəti idarələrin, QHT-in rəhbərləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri, müharibə əlilləri və veteranları iştirak etdilər.
Tədbirin mövzusu ictimaiyyəti düşündürən mövzu olduğundan iclasa qonşu Astara rayondan şəhid ailələri və müharibə əlliləri də iştirak edirdilər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsi yad edildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov tədbirdə çıxış edərək iclas iştirakçılarını Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov adından salamlayaraq belə bir mühüm əhəmiyyətli layihənin cənub bölgəsinin ucqar Lerik rayonunda həyata keçirdərək şəhid ailələrinin birdəfəlik sığorta vəsaitinin almalarına və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik göstərərək, onlar arasında maarifləndirmə işi təşkil etdikləri üçün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirdi.
      Sonra Habil Məlikov rəsmi statistik məlumat verərək bildirdi ki, 83 min əhalisi olan Lerik  rayonu üzrə 300 nəfər Qarabağ müharibəsi veteranı, 143 şəhid ailəsi vardır, onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır. Bu insanlara hər vaxt birinci növbədə Lerik Rayonu İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin diqqət və qayğısı altında olaraq onların tibbi-sosial məsələlərinə əlimizdən gələn köməkliyi əsirgəməmişik. Dövlətimiz tərəfindən bu diqqət-qayğı olub və  bundan sonrada davam etdiriləcəkdir.
Daha sonra layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti,  “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin direktoru Sərraf Oruc bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin həm də cəmiyyətin başlıca vəzifələrindən biridir. Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanaraq davam edir.
Həyata keçirilən layihənin əsas məqsədi də, məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri aparmaq və hüquqi köməklik göstərməkdən ibarətdir.
Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibəsi əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.
Sərraf Oruc öz çıxışında bildirdi ki, Prezidentin 19 aprel 2018-ci il tarixli fərmanı tətbiq edilərək icrası başa çatdıqdan sonra cənab Prezidentin bu istiqamətdə növbəti fərmanı I qrup Qarabağ əlillərinə 8 min 8 yüz manat, II qrup Qarabağ əlillərinə 6 min 600 manat, III qrup Qarabağ əlillərinə isə 4 min 400 manat birdəfəlik sığorta  pulunun ödənilməsi ilə bağlı olacaq və tezliklə onlarında sığorta məsələləri öz həllini tapacaqdır. Çünki, bu kateqoriyalı vətəndaşlarımızın bu vəsaitə çox ehtiyacları vardır.
Tədbirdə Prezidentin məlum Fərmanının icrasına aidiyyəti olan idarəlin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik  rayon şöbəsinin rəisi Polkovnik Arif Həsənov, Lerik  rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, “Ehtiyatda Olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin sədr müavini, Azərbaycan Bayrağı Ordenli, ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Ehtiyatda Olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin idarə heyətinin üzvü, Azərbaycan Bayrağı Ordenli, ehtiyatda olan polkovnik Xətai Baxışov, ““Ehtiyatda Olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin üzvü, Azərbaycan Bayrağı Ordenli, ehtiyatda olan polkovnik Əjdər Qurbanov, Lerik Rayon İcra Hakimiyyətinin müavini-İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova,  ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin müdiri Malik Mirzəyev,  Lerik rayonu Dövlət Sığorta İdarəsinin sədri Habil Əliyev, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri"  İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında  və şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası, sosial məsəllər ilə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.

Keçidlər