Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Cəngəmiran kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

05 iyul 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Cəngəmiran kənd inzibati əraziləri üzrə Cəngəmiran və Perzəkücə kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük. Belə görüşlərin keçirilməsində əsas məqsədin ərazilərdə əhalini narahat edən problemlərin öyrənilməsi, bu problemlərin həllinə nail olmaqla əhalinin rifah hallının daha da yaxşılaşdırılması istiqamətində işlərin görülməsinin vacib olduğunu qeyd etdi.
İcra hakimiyyəti başçısı regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin, o cümlədən rayonumuzun da inkişaf etdiyini, əhalinin rifah halının daha da yaxşılaşdığını vurğuladı.
Dövlət Proqramına uyğun olaraq rayonda, o cümlədən Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə görülən və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verdi.
Səyyar görüş-qəbullarda çıxış edən vətəndaşlardan Mehrəli Rəhimov, Müşviq məmmədov, Təyyar Mirzəyev, Adil Səmədov, Tofiq Səfərov və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və kənddaxili elektrik xətlərinin təmirinə, içməli su təminatının yaxşılaşdırılmasına, Cəngəmiran kəndində yeni məktəb binasının tikintisinə, kənddaxili avtomobil yolunun asfaltlaşdırılmasına,  taxıl biçini ilə əlaqədar kombaynların gətirilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər