Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi

22 iyun 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirildi.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi. Dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran natiq ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyünü qeyd etdi.
Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğuladı.
Daha sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü"nə həsr olunmuş geniş məruzə ilə çıxış etdi.
Tədbirdə YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, təqaüddə olan dövlət qulluqçuları Qəhrəman Əliyev, İdris Şıxəliyev, Dövlət İdarələri və İctimai Xidmət  İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin sədri Ələkbər Salayev və rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etdilər, çətin və şərəfli  fəaliyyətlərində uğurlar arzuladılar.
Sonra dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edildi.

Keçidlər