Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi

14 iyun 2018 | 16:00

17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının, hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin əməkdaşları, tibb işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev şərəfli peşə sahiblərini tibb işçilərinin peşə bayramı günü, 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla Respublikanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-nin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
1960-cı illərin sonu - 1970-ci illərin əvvəlləri, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Bütün sahələrdə olduğu kimi, səhiyyədə də inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin səhiyyə sistemi gündən-günə inkişaf edir, paytaxtda və bölgələrdə müxtəlif tibb müəssisələrinin fəaliyyəti üçün maddi-texniki baza gücləndirilir.
Sonra tədbirdə rayon mərkəzi xəstəxanasının şöbə müdiri, əməkdar həkim Sadiqə Rufullayeva, Soru kənd həkim məntəqəsinin müdiri Eldar Cəfərov, rayon prokuroru Bəhruz İbrahimov və polis şöbəsinin rəisi Hüseynəli Məlikov çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük tədbirlərin həyata keçirildiyini vurğuladılar, rayonun səhiyyə sahəsinə, tibbi işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tibb işçilərini peşə bayramı, 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik edərək bildirdi ki, Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevlə bağlıdır.  Ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi. Ölkəmizdə çoxlu tibb müəssisələri, xəstəxanalar tikilib əhalinin istifadəsinə verildi, bir çox mütəxəssislər xaricə göndərilərək öz peşə və bacarıqlarının inkişaf etdirib vətənə qayıtdılar.
Rayon icra hakimiyyəti başçısı ulu öndərin başladığı bu siyasi kursun bu gün də Azərbaycan Respublikası Prezidenti tərəfindən çox uğurla davam etdirildiyini qeyd etdi.
Əhalinin sağlamlığının qorunması, onlara tibbi yardımın göstərilməsi, sağlamlıqlarının mühafizəsi daim cənab Prezidentin diqqətində olduğunu, bu sahə üzrə əhaliyə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunlar qəbul edildiyini, bir sıra sərəncamlar və qərarlar verildiyini vurğuladı.
Bildirdi ki, əvvəllər ölkəmizdə ürək əməliyyatları, orqan və sümük iliyi transplantasiyası, müxtəlif göz əməliyyatları və digər mürəkkəb cərrahi prosedurlar üçün xaricə gedilirdisə bu gün həmin əməliyyatlar nəinki paytaxtda, regionlarımızda da uğurla icra edilir.
Daha sonra rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov səhiyyə sahəsində uzunmüddətli qüsursuz, səmərəli əmək fəaliyyətinə görə və 17 iyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuş bir qrup tibb işçisinə Fəxri Fərmanları təqdim etdi.

Keçidlər