Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

16 may 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayaraq Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.
Şura iclasında “rayon icra hakimiyyətinin kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və siyasi partiyaların rayon təşkilatları ilə əlaqəli işinin vəziyyəti haqqında” rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın arayışı dinlənildi.
Sonra iclasda YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərəov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lerik rayon  təşkilatının sədri Aslan Mirzəyev çıxış edərək rayon icra hakimiyyətinin qeyri-hökumət təşkilatları və siyasi partiyaların rayon təşkilatları ilə əlaqəli işlərini yüksək qiymətləndirərək, rayonda qeyri-hökumət təşkilatları və siyasi partiyaların rayon təşkilatları üçün yaradılmış hər cür şəraitə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda çıxış edən rayon icra hakimiyyətinin başçısı Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.

Keçidlər