Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Əlillər Günü ilə əlaqədar rayon icra hakimiyyətində görüş keçirilmişdir.

04 dekabr 2012 | 16:00

3 dekabr -Beynəlxalq Əlillər Günü münasibəti ilə rayon icra hakimiyyətində bir qrup Qarabağ müharibəsi əlili ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov ölkə Preizdenti Cənab İlham Əliyev tərəfindən əlillərə, xüsusi ilə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısının göstərildiyini qeyd etdi. Hər il bu kateqoriyadan olan insanların pensiya və müavinətlərinin artırılması, onların sosial məişət və mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlərin görüldüyünü qeyd edən natiq son illər bu sahədə rayonumuzda da bir sıra işlərin həyata keçirildiyini bildirdi. İki 16 mənzilli yaşayış binasının Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verildiyini, 11 nəfər üçün fərdi evin inşaa olunduğunu və 27 nəfərə minik maşınının verildiyini bildirdi. Cənab Prezidetin tapşırığına əsasən rayonumuzda əlillər üçün hər cür şəraitin yaradıldığını, onların qaldırdığı problemlərin həllinə diqqət göstərildiyini bildirən rayon cra hakimiyyəti başçısı hər an onların problemlərinin həllinə səylə çalışdıqlarını qeyd etdi.
Sonra Qarabağ müharibəsi əlillərindən Veysəl Məlikov, Cəlal Məmiyev, Üzeyir Məmmədov çıxış edərək göstərilən qayğı və diqqətə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Rayon rəhbərliyinin təşəbbüsü ilə hər il əlillər günündə onlarla görüşün keçirilməsini müsbət dəyərləndirən müharibə iştirakçıları Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin fəaliyyətinin yaxşılaşdırılması üçün köməkliyin göstərilməsini, birliyin nəzdnində çay evinin tikintisini xahiş etdilər.
Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən Qarabağ müharibəsi əlillərinə maddi yardım göstərildi.
 

Keçidlər