Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Koreya səfiri Lerikə səfərə gəlmişdir

15 may 2018 | 16:00

14 may 2018-ci il tarixdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gju Lerik rayonunda rəsmi səfərdə olmuşdur.
Səfər ərzində səfiri Koreya Respublikasının Azərbaycanda səfirliyinin birinci katibi Honq Song Hun və  səfirliyinin əməkdaşı Aytən Əlinəvəsi müşayiət edirdi.
Rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gju və Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov arasında görüş oldu. Çay süfrəsi arxasında davam edən görüşdə rayon icra hakimiyyəti başçısı qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirləri qeyd etdi, rayonun turizm potensialı və  son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırdı.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab Kim Çanq-gju Koreya-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini bildirdi, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini, Lerikin füsunkar təbiətinin insanda xoş əhval-ruhiyyə yaratdığını  və burada olmasından məmnun qaldığını bildirdi.
Görüş zamanı səfir Kim Çanq-gjuya rayon sakinləri tərəfindən hazırlanmış xalq sənətkarlığı nümunələrindən ibarət hədiyyələr və rayon haqqında yazılmış kitablar təqdim edildi.
Səfər çərçivəsində qonaqlar “Uzunömürlülər” və rayon tarix diyarşünaslıq muzeyində eksponatlarla, rayonun bir sıra tarixi və mədəni abidələri ilə yaxından tanış olmuşdur. Həmçinin qonağa rayonumuzun uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında ətraflı məlumat verildi.
Sonra səfir rayonun Blaband kəndi ərazisində yerləşən heyvandarlıq kompleksi, Piran kəndində yerləşən “Lebro” quşçuluq fabriki və Lerik şəhərində  “Aysel” arıçılıq kəndli fermer təsərrüfatları ilə tanış oldu.

Keçidlər