Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şingədulan kəndində vətəndaşlarla səyyar görüş keçirildi

19 aprel 2018 | 16:00

19 aprel 2018-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov rayonun hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şingədulan kəndinə vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və kənd əhalisini aprelin 11-də keçirilən Prezident seçkilərində Prezident cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibəti ilə təbrik etdi.
Çıxışında qeyd etdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük.
Son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışan natiq sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən keçən 3 ay ərzində rayonumuzda 10 modul tipli kənd məktəbinin, Noda kənd uşaq bağçasının tikintisi,  Veri kəndinə qaz xəttinin və Lerik şəhərinə və Şingədulan, Molalan, Sors, Geskon kəndlərinə yeni su xətlərinin çəkilməsi ilə bağlı imzalanmış sərəncamların ölkə rəhbərinin rayonumuza göstərdiyi böyük diqqət və qayğısının bariz nümunəsi olduğunu qeyd etdi.
Rayonda və Şingədulan ərazisində aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan rayon icra hakimiyyəti başçısı Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəyini vurğuladı.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Qulamhüseyn İsmayılov, Mirzəxan Mahmudov, Paşa Şirinov, Babəli Quliyev, Əvəz İbadov, Şükür Feyziyev və Rüfət Kərimov çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər. Ərazidə kəndlərarası avtomobil yollarının və elektrik xətlərinin təmirinə, Zenoni kəndində yeni məktəb binasının tikintisinə, Laman kəndinə su xəttinin çəkilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər