Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

18 aprel 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2018-ci ilin birinci rübündə Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Şura  iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov  bildirdi ki, Azərbaycanda 2018-ci ilin keçən müddətində ən mühüm və  əlamətdar siyasi hadisəsi, aprel ayının 11-də keçirilən Prezident seçkiləri oldu. Bu seçkidə İlham Əliyevin möhtəşəm qələbəsi müdrik və qədirbilən xalqımızın siyasi iradəsinin növbəti dəfə təntənəsi olmaqla insanların öz taleyinə biganə qalmamasının, gələcək naminə düzgün seçim etməsinin - ən layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixləşdi.
Çıxışında natiq qeyd etdi ki, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ötən dövr ərzində ölkə iqtisadiyyatında əldə olunmuş nəticələr geniş müzakirə edildi. Əminliklə demək olar ki, keçən ilin sonlarında 2018-ci ilin ölkəmizin iqtisadiyyatında dönüş ili olacağına dair verilən bəyanatlar son üç ay ərzində öz təsdiqini tapdı. Cari ilin birinci rübündə iqtisadiyyatımızın vəziyyətini xarakterizə edən göstəricilər təsdiqləyir ki, bu gün Azərbaycan yenidən sürətli inkişaf yoluna qədəm qoyub.
Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan vətəndaşlarının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan artıq təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemlərin öhdəsindən uğurla gəlir.
Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Şəhərimizin küçələrində, kəndlərimizdə abadlıq işləri davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı və rayonumuzun sosial-iqtisadi inkişafına hesablanmış digər Fərman və Sərəncamlar rayonumuzda uğurla icra edilmişdir.
Havaların yağmurlu keçməsi səbəbindən və qış aylarında rayonumuzda tikinti-abadlıq işlərinin icrasının aparılması mümkün olmadığından 2018-ci il üçün nəzərdə tutulmuş işlərin həyata keçirilməsi əsasən aprel ayından başlayacaqdır. Bir neçə küçənin asfaltlaşdırılması, xiyaban və parklarda dağılmış sahələrin bərpası, istinad divarlarının qurulması, işıqlandırma sisteminin yenilənməsi və digər işlərin görülməsi planlaşdırılmışdır. Bunun üçün tələb olunan texniki məsələlər həll edilmiş, İsmayıl Yaqubov küçəsində yerləşən kommunal binalarda təmir işlərinə başlanılmışdır.
2018-ci ilin yanvar-mart aylarında keçən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışı  artmışdır.
Yaz-tarla işlərinin aparılması ilə bağlı 700,5 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki,  bu da keçən ilin müvafiq dövrünə nisbətən 147,6 hektar çoxdur. Birinci rübdə 436 hektar kartof, keçən ildən 35 hektar, 130,5 hektar dənli, paxlalı bitkilər, 104,1 hektar, 134 hektar tərəvəz, 8,5 hektar çox əkin işləri aparılmışdır. Yazlıq əkin işləri davam etdirilir.  
Dünyada və Azərbaycanda hökm sürən iqtisadi böhrandan əhalini maksimum az ziyanla çıxarmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında 2016-2017-ci illərdə dövlət şirkətləri tərəfindən regionlarda maddi durumu zəif olan vətəndaşların işlə təmin edilməsi üçün yeni iş yerləri yaradılmışdır. Cari ildə də həmin şirkətlər tərəfindən vətəndaşlarla bağlanmış müqavilələrin müddəti uzadılmış və nəticədə 2018-ci ildə rayonda 320 yeni iş yeri yaradılmışdır.
Rayonumuzda sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən keçən 3 ay ərzində rayonumuzda 10 modul tipli kənd məktəbinin, Noda kənd uşaq bağçasının tikintisi,  Veri kəndinə qaz xəttinin və Lerik şəhərinə yeni su xəttinin çəkilməsi ilə bağlı imzalanmış sərəncamların ölkə rəhbərinin rayonumuza göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etdi.
Sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə ilə çıxış etdi.
Şura iclasında rayon su-kanal sahəsinin rəisi Asif İmanov, qaz istismar sahəsinin rəisi Ülfət Bəbirov və elektrik şəbəkəsinin rəisi Namiq Quliyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər, ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı etdirilməsi üçün aparılan siyasət, həyata keçirilən islahatlar barədə məlumat verdi. Rayonda ənənəvi sahə olan tütünçülüyün, ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı həyata keçiriləcək tədbirləri diqqətə çatdırdı və icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıq və tövsiyələrini verdi.
Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olundu.

Keçidlər