Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Tanınmış şair, publisist Ağacəfər Həsənlinin poeziya gecəsi və oxucularla görüşü keçirildi

01 dekabr 2012 | 16:00

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mədəniyət evində Respublikanın ədəbi mühitində yaxşı tanınan, 20-dən çox kitabın, publisistik yazıların müəllifi olan şair Ağacəfər Həsənlinin yaradıcılıq gecəsi keçirildi. Tədbirdə ədəbiyyatşünas alim, professor Nizaməddin Şəmsizadə, şairin qələm dostu , şair, türkoloq alim Adil Cəmil, şair Balayar Sadiq, “Xalq qəzeti”nin məsul katibi, tanınmış jurnalist İlqar Rüstəmov, iqtisadçı alim, fəlsəfə doktoru Arzuman Muradlı iştirak edirdi.
Oncə tədbirin aparıcısı, jurnalist Hüsaməddin Abbasov Ağacəfər Həsənlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra tanınmış alim Nizaməddin Şəmsizadə son illər Azərbaycanın bütün regionları kimi Lerik rayonunun da inkişaf etdiyini, ulu öndər Heydər Əliyev siyasətinin bütün sahələrdə cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirildiyini, elmə, təhsilə, elm adamlarına, mədəniyyət və incəsənət işçilərinə dövlətimiz tərəfindən yüksək qayğı və diqqətin göstərildiyini bildirdi. Bu günkü tədbirin də bu qayğının nəticəsi olduğunu qeyd etdi. Daha sonra natiq Lerikdə doğulub boya-başa çatan şair Ağacəfər Həsənlinin çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri olduğunu diqqətə çatdırdı. Yaradıcılığından nümunələr gətirdi.
Daha sonra çıxış edən Adil Cəmil, Respublikanın xalq artisti Arif Quliyev, şairin qələm yoldaşları, orta məktəb müəllimləri A.Həsənlinin yaradıcılığından nümunələr səsləndirdilər, onun haqqında ürək sözlərini söylədilər.
Oxucuların suallarını cavablandıran şair Ağacəfər Həsənli müxtəlif mövzularda yazdığı şerlərini oxudu və doğma rayonunda yaradıcılıq gecəsinin təşkil edildiyinə görə rayon icra hakimiyyəti başçısına minnətdarlığını bildirdi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək belə tədbirlərin yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, elmə, təhsilə, ədəbiyyata marağının artmasında mühüm rol oynadığını bildirdi və Ağacəfər Həsənliyə bundan sonrakı yaradıcılığında da uğurlar arzuladı.
Tədbirdə rayon mədəniyyət evinin musiqi kollektivi tərfindən maraqlı musiqi nömrələri və şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirildi.
 

Keçidlər