Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

17 aprel 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 24 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, torpaq məsələləri, ünvanlı sosial yardım, kartof toxumunun alınması, ev təmirinə və maddi yardım verilməsinə köməklik göstərilməsi barədə olmuşdur.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan həlli mümkün problemlərin aradan qaldırılmasına müvafiq köməklik göstərilmişdir. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülmüş, həlli üçün aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilmişdir.

Keçidlər