Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi

19 mart 2018 | 16:00

Heydər Əliyev meydanında Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram şənliyi keçirildi.
Öncə Milli Məclisin deputatı İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış oldular.
Sonra Dədə Qorqud şənlik iştirakçılarını və rayon əhalisini müqəddəs Novruz bayramı münasibəti ilə təbrik etdi. Bayram tonqalı rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və millət vəkili İqbal Məmmədov tərəfindən alovlandırıldı.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov və millət vəkili İqbal Məmmədov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdilər, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladılar. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Novruz bayramının respublikamızın bütün regionlarında təntənəli şəkildə keçirildiyini qeyd edərək gələn il Novruz tonqalının doğma və əzəli Qarabağ torpaqlarında alovlanmasını arzu etdilər.
Bayram tonqalı ətrafında rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi və rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olundu.

Keçidlər