Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Qanvermə aksiyası keçirildi

14 mart 2018 | 16:00

14 mart 2018-ci il tarixdə Lerik Rayon Mərkəzi Xəstəxanasında Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün Lənkəran Regional Qan Bankının əməkdaşları tərəfindən növbəti könülü qanvermə aksiyası keçirildi.
Aksiyada 200 nəfərə yaxın rayon sakini iştirak edirdi. Qan Bankının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılır, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilirdi. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan 60 nəfər vətəndaşdan qan götürüldü. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, həmçinin xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsində və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könülü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd etdilər.

Keçidlər