Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısının Qosmalıan ərazi icra nümayəndəliyində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

09 mart 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şonaçola kənd ümumi orta məktəbində Şonaçola, Qələsər, Divağac və Hoveri kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq  qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi. Bildirdi ki, əsası Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində ölkədə iqtisadiyyatımız ilbəil artır, sosial-iqtisadi inkişaf daha da sürətlənir, vətəndaşlarımızın rifah halı, həyat şəraiti gündən-günə yaxşılaşır. Cənab Prezidentin müdrik düşüncəsi ilə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə dinamik inkişafın təmin edildiyini, respublikanın hər bir bölgəsində genişmiqyaslı tikinti-abadlıq, quruculuq işlərinin görüldüyünü qeyd etdi. Ölkə başçısının diqqət və qayğısı ilə rayonumuzda görülən işlərin göz önündə olduğunu vurğulayan natiq rayon sakinlərinin bundan sonra da ictimai-siyasi həyatda fəal olacaqlarına, cənab Prezidentin diqqət və qayğısına əməli fəaliyyətləri ilə cavab verəcəklərinə,  ölkəmizin, rayonumuzun inkişafı üçün səylə çalışacaqlarına əmin olduğunu bildirdi.      
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Eynulla Nuriyev, Elxan Hüseynov, Mirzəxan Abdullayev, Nağı Həsənov, Canəli Rəcəbov, Elnur Məhərrəmov, Kamal Məmmədov, Əkrəm Hüseynov çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və Qələsər kəndinin qazlaşdırılmasına, kənddaxili elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsinə, Hoveri kəndində artezian quyusunun qazılmasına, kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü güzəştli kreditin verilməsinə, Şonayçola məktəbinə su xəttinin çəkilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər