Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

27 fevral 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 22 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, yararsız vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, bələdiyyənin ehtiyat fondundan örüş sahəsinin ayrılması, maddi yardım istəməsi və digər məsələlər  barədə olmuşdur.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan həlli mümkün problemlərin aradan qaldırılmasına müvafiq köməklik göstərilmişdir. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülmüş, həlli üçün aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilmişdir.

Keçidlər