Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Livədirqə kəndində vətəndaşlarla səyyar görüş keçirildi

15 fevral 2018 | 16:00

15 fevral 2018-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov rayonun hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Livədirqə kəndinə vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük.
Çıxışında rayon icra hakimiyyətinin başçısı son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışaraq cənab Prezidentin regionlara göstərdiyi diqqətdən bəhs etdi. Bildirdi ki, bu günə kimi regionların inkişaf etdirilməsi üçün cənab Prezident tərəfindən qəbul edilmiş Dövlət Proqramının icrası uğurla həyata keçirilmiş, üçüncü Dövlət Proqramının icrası ilə bağlı işlər davam etdirilir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” barədə söhbət açaraq Dövlət Proqramının icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olunmasına imkan yaradacağını qeyd etdi.
Rayon icra hakimiyyəti başçısı Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində ölkəmizin hər bir bölgəsi kimi rayonumuzun da simasının günü-gündən dəyişərək müasirləşdiyini, əhalinin rifah halının daha da yaxşılaşdığını vurğuladı. Livədirqə kəndində tikilmiş yeni məktəb binası, Mastail kənd məktəbinin əsaslı təmir edilməsi, Mastail, Livədirqə və Murya kəndlərində yeni körpülərin tikilərək istifadəyə verilməsi, Mastail kəndində elektrik xətlərinin sip kabellərlə əvəzlənməsi, Əvilə kənd məktəbi üçün yeni binanın tikintisinə başlanılması, Nüsomurya kəndində veteranlar evinin tikintisi və ərazinin bütün kəndlərinə mavi qazın verilməsinin buna nümunə olduğunu diqqətə çatdırdı. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəkdir.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Abbas Zaidov, Adil Rzayev, Qəhrəman Məmmədov, Qüdrət Babayev, İsa Bağırov, Güləxan Fərəcov, Mais Təmkin, Əlirza Kərimov, Məzahir Şahbazov çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və kənddaxili və kəndlərarası avtomobil yollarının təmirinə, Livədirqə həkim məntəqəsi üçün yeni binanın tikilməsinə, elektrik, rabitə xətlərinin təmirinə, Nüsomurya və Qədiməkücə kəndlərindən Murya kəndinə əlaqəni təmin edən piyada körpüsünün, Əvilə kəndinə gedən yolda çayın üzərində yeni körpünün tikintisinə, Livədirqə kənd ümumi orta məktəbinin tam orta məktəbə çevrilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər