Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

25 yanvar 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Piran kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı.  Bildirdi ki, yeni ildə cənab Prezidentin göstərişinə əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbula toplaşmışıq. Bu gün təsdiq edilmiş qrafikə uyğun olaraq sizlərlə birlikdəyik. Ərazilərdə əhali ilə səyyar qəbulların keçirilməsi ümumi işimizə böyük fayda verir. Hər görüşdə tərəfinizdən qaldırılan problemlər təhlil edilərək həlli yolları axtarılır, aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Son illər rayonumuzda, o cümlədən ərazinizdə görülən çoxsaylı abadlıq işləri də görüşlərdə verdiyiniz təkliflər əsasında görülmüşdür. Təkcə rayonumuzda deyil bütün ölkədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə hamımız möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən hörmətli Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan ilbəil yüksək sürətlə inkişaf edir və qüdrətli dövlətə çevrilir. Bu inkişafı rayonumuzun, elə Piran kəndinin timsalında görə bilərik. Son illərdə Piran kəndində də abadlıq-quruculuq işləri görülmüşdür. Sahibkarlığın inkişafı ilə bağlı ərazidə müsbət nəticələr əldə olunmuşdur. İş adamları tərəfindən açılan qum-çınqıl zavodu, broyler fabriki yüzlərlə kəndlinin işsizlik problemini aradan qaldırmışdır. Qum-çınqıl-kərpiç zavodunda 70 nəfər, Lerik Broyler fabrikində isə 60 nəfərə yaxın kənd sakini daimi işlə təmin olunmuşdur. Kənddə fəaliyyət göstərən Piran kənd tam orta məktəbi, tibb məntəqəsi əsaslı təmir olunmuşdur. Ərazinizdə Zəriküməco kənd ümumi orta məktəbi üçün 80 yerlik yeni məktəb binası tikilmişdir. Ərazinin 190 fərdi yaşayış evinə təbii qazın verilməsi son illərin ən uğurlu hadisəsi kimi yadda qalmışdır. Bütün bu görülmüş işlər vətəndaşlarımızın yaxşı yaşaması üçündür. Bundan sonra da belə tədbirlər davam etdiriləcəkdir.
Rayon icra hakimiyyəti başçısı ölkəmizdə post-neft dövrünün tələblərinə uyğun olaraq qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusən aqrar sektorun inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən birini təşkil etdiyini, qarşıda emal müəssisələri şəbəkəsinin inkişaf etdirilməsi, fermer təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi, xidmət servislərinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, eləcə də ixracın artırılması kimi mühüm vəzifələr dayandığını vurğuladı.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” barədə geniş məlumat verdi. Dövlət Proqramının icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olunmasına imkan yaradacağını qeyd etdi. Proqram çərçivəsində görülən işlərin kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verməklə yanaşı, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə gətirib çıxaracağını və bunun nəticəsində kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına səbəb olacağını diqqətə çatdırdı.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Əfqan Höccətov, Mircəfər Hüseynov, Vaqif Sürətov, Kəlam Nuriyev çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və kənddə daxili avtomobil yollarına çınqıl döşənməsinə, məktəbin qazanxanasının qazlaşdırılmasına, elektrik, rabitə xətlərinin, piyada keçidi üçün nəzərdə tutulmuş körpünün təmirinə, tütün qurutma sexinin tikintisinə, yeni elektrik transformatorunun quraşdırılmasına köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verildi.

Keçidlər