Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

16 yanvar 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 25 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, yaşayış evlərinə qaz və su-kanalizasiya xətlərinin çəkilməsi, maddi yardım istəməsi və digər məsələlər  barədə olmuşdur.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan həlli mümkün problemlərin aradan qaldırılmasına müvafiq köməklik göstərilmişdir. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülmüş, həlli üçün aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilmişdir.

Keçidlər