Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Qosmalıan kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

30 noyabr 2017 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qosmalıan kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, bu gün təsdiq edilmiş qrafikə uyğun olaraq sizlərlə birlikdəyik. Görüş-qəbulların keçirilməsində əsas məqsəd bilavasitə yerlərdə problemləri öyrənmək və operativ qaydada aradan  qaldırılmasına nail olmaqdır. Bu gün sizlərlə görüşümüz həm görülən işlər barədə sizi məlumatlandırmaq, həm də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə sizin də fikir və təkliflərinizi öyrənməkdir. Aidiyyəti idarə, hüquq mühafizə orqanlarının rəhbərləri də burada iştirak edir. Ona görə də  sizi narahat edən problələri səsləndirin, rəy və təkliflərinizi bildirin.
Daha sonra natiq qeyd etdi ki, ölkəmiz cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində gündən günə inkişaf edir. Respublikamızda regionların inkişafı barədə cənab Prezidentimizin qəbul etdiyi qərarlar hamınıza məlumdur. Son günlər cənab Prezidentin Tərtər, Ağcəbədi və Səbirabad rayonlarına səfəri, rayonlarda aparılan yenidənqurma işləri ilə tanış olması bir daha sübut edir ki, regionlarımız ildən- ilə inkişaf edir. Həyata keçirilən Dövlət Proqramları nəticəsində rayonumuzda da bir çox işlər görülmüşdür.
Azərbaycanın digər rayonları kimi, Lerik rayonu da günü-gündən çiçəklənir, abadlaşır. Cənab Prezidentin siyasətinin əsasını əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həll edilməsi təşkil edir. Bu gün ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi islahatlar rayonumuzun da inkişafına ciddi təsir göstərmişdir. Ötən müddət ərzində rayonumuzun inkişafı  üçün çox vacib olan Noda-Şingədulan-Xanagah və Lerik-Qosmalian-Kələxan  avtomobil yollarının tikintisinin başa çatdırılması, Dünya Bankının ayırdığı vəsait hesabına Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı tədbirlər həyata keçirilməsi, həmçinin 19 kilometrlik Qosmalian-Lerik yüksək təzyiqli magistral su xəttinin çəkilməsi, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsinin yenilənməsi, eyni zamanda suya ehtiyacı olan kəndlərin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə bir neçə kəndimizdə artezian quyularının qazılması, yaşayış məntəqələrinə su xətlərinin çəkilməsi rayonumuza göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Bundan əlavə rayonumuzda ötən dövr ərzində yeni məktəb binaları tikilib istifadəyə verildi, bir neçə kəndə qaz xətti çəkilmiş, kəndara yollar təmir edilmiş, bir neçə kəndin yoluna asfalt döşənmişdir. Biz indi rayonumuzu 10 il əvvəl ilə müqayisə edə bilmərik. Rayonumuzun ərazisində 50 dən çox məktəb binası tikilib, 48  kəndə qaz xəttinin çəkilişi təmin olunub. Mastail, Lİvədirqə, Əvilə və Murya  kəndlərinə bu il mavi qazın verilməsinə nail olduq. Rayonumuzun işıq təsərrüfatında da bir çox işlər görülüb, çürümüş dirəklər yeni dəmir dirəklərlə əvəz olunub, yarımstansiyalar istifadəyə verilib, BTM-lər quraşdırılıb. Növbəti illərdə də çalışacağıq ki, rayonun inkişafı üçün vacib olan layihələrin gerçəkləşməsinə nail olaq. Hazırda 2018-ci il üçün Piran-Hamarat-Vjaker yolunun asfaltlaşdırılması və Ağçay-Təkdam yolunun yenidən salınması təklifləri verilmişdir. Maliyyə vəsaiti ayrılarsa bu işlər öz həllini tapacaqdır. Ağçay-Təkdam yolunun tikintisi ilə biz həm rayonumuza alternativ yolun açılmasına, həm də qonşu Yardımlı və Masallı rayonlarına qısa və rahat çıxışımız təmin olunacaqdır. Elektrik təsərrüfatında yeni yarımstansiyaların quraşdırılması, çürümüş dirəklərin yeni dirəklərlə əvəzlənməsi, elektrik naqillərinin sip kabellərlə əvəzlənməsi, kəndlərin qazlaşdırılması işinin sürətləndirilməsi nəzərdə tutulmuşdur.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Sabir Quliyev, Elxan Hüseynov, Məhərrəməli Zeynalov, Arif Cabbarov, Firudin Xanəhmədov, Əhliman Məmmədov  görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və kəndə gələn elektrik  və rabitə xətlərinin təmirinə, ərazinin qaz xətti çəkilməyən kəndlərin qazlaşdırılmasına,  kənd təsərrüfatı texnikasının verilməsinə,  ən mühüm problem olan su çatışmamazlığının aradan qaldırılması məqsədi ilə artezian quyularının qazılmasına köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verildi.

Keçidlər