Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

23 noyabr 2017 | 16:00

Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin akt zalında Lerik Rayon İcra hakimiyyəti başçısının, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Lerik şəhər əhalisi ilə səyyar görüş-qəbulu keçirildi.
Görüş qəbulda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək əhali ilə işgüzar görüşlərinin keçirilməsinin ənənəvi hal aldığını qeyd etdi. Bildirdi ki, ölkə rəhbərliyinin tapşırığına əsasən təşkil olunan belə görüş-qəbullar əhali ilə birbaşa əlaqələrin daha da güclənməsinə xidmət edir. Görüş-qəbulların keçirilməsində əsas məqsəd bilavasitə yerlərdə problemləri öyrənmək və çevik idarəetmə metodları vasitəsilə aradan qaldırılmasına nail olmaqdır.
Bu gün sizlərlə görüşümüz görülən işlər barədə sizi məlumatlandırmaq və gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə sizin fikir və təkliflərinizi öyrənməkdir. Məlumat üçün qeyd edim ki, sizin görüş-qəbullarda verdiyiniz təkliflər nəticəsində rayonumuzda bir çox abadlıq-quruculuq işləri aparılmışdır. Bu gün hamınızın dünya ölkələrində baş verən maliyyə böhranından xəbəriniz var. Ancaq ölkəmizə Cənab Prezidentimizin güclü daxili və xarici siyasəti nəticəsində bu böhran elə də təsir etmədi. Ölkəmizdə son illərdə regional inkişaf üzrə Dövlət Proqramlarının uğurlu icrası nəticəsində regionlarda bir çox işlər görülmüşdür. Artıq ölkəmizdə üçüncü dövlət proqramıdır ki həyata keçirilir. Ölkəmizin dünyada neft ölkəsi kimi, qaz ölkəsi kimi tanındığını qeyd edərək bildirdi ki, müstəqillik  dövründə bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Biz bu gün haqlı olaraq qeyri-neft sektorundan danışırıq və bu sahədə böyük işlər görülür. Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə çox böyük nailiyyətlər var. Cənab Prezidentin tapşırığına əsasən kənd təsərrüfatı sahəsinin inkişafına başlanılıb, ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsalına önəm verilir. Ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi getdikcə artır, bu sahədə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Sahibkarlıq inkişaf etdirilməklə həm insanların müstəqil, azad fəaliyyətinə imkan yaradılır, həm də insanların məşğulluq probleminin həllində böyük irəliləyişə nail olunur. Biz də öz növbəmizdə cənab Prezidentimizin dediyi kimi kənd təsərrüfatı sahəsinə diqqəti artırmalı çalışmalıyıq ki, ölkəmizin inkişafı üçün əlimizdən gələn hər bir köməkliyi göstərək. Bu gün rayonumuzda aparılan abadlıq quruculuq işləri ölkə rəhbərliyinin rayon əhalisinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Son dövrlərdə şəhərimizdə parklar, xiyabanlar salınmış, küçələrə asfalt döşənmiş, səkilərə plitələr düzülmüş, işıqlandırma sistemi təzələnmiş, yöndəmsiz ticarət köşkləri yeniləri ilə əvəz olunmuş, yaşayış evlərinin, inzibati binaların dam örtüyü dəyişdirilmiş və əhalinin içməli su ilə təchizatı daha da yaxşılaşdırılmış, kəndlərə qaz xətləri çəkilmiş, şəhərin içməli su sistemində yenilənmə və  elektrik təsərrüfatında təmir-bərpa işləri aparılmış, yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir. Cənab Prezidentimizin diqqət və qayğısı sayəsində rayonumuzun yol infrastrukturunda da ciddi dəyişikliklər baş vermişdir. Bir çox inzibati ərazi dairəsi ilə Lerik şəhərini birləşdirən Noda-Şingədulan-Xanəgah və Lerik-Qomalian yollarının asfaltlanması əhali tərəfindən rəğbətlə qarşılanmışdır. Abonentlərin elektrik enerjisi ilə təminatında əvvəllər mövcud olan problemlərin hamısı, demək olar ki, aradan qaldırılmışdır. Biz bu cür qəbullarda verilən təkliflərin həlli istiqamətində böyük işlər aparırıq. İmkan daxilində verdiyiniz təkliflərin icra olunmasına çalışırıq. Cənab Prezidentimizin tapşırığına əsasən Lerik şəhərində kanalizasiya şəbəkəsi qurulur, çirkab suların təmizlənməsindən ötrü qurğunun quraşdırılması işləri davam etdirilir.
Lerik rayonunun dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə inşa eilmiş Modul tipli elektrik stansiyası nəinki rayonumuzun, hətta qonşu rayonlarımızın da elektrik probleminin həll edilməsində mühüm rol oynayacaqdır.
Hamimiz bilirik ki, biz bu gün müharibə şəraitində yaşayırıq. Ölkəmiz güclü dövlətlərin daima maraq dairəsində olub. Biz nəyin bahasına olursa olsun, heç vaxt torpaqlarımızı güzəştə getməyəcəyik. Bunu keçən ilin aprel döyüşlərində bir daha sübut etdik. İgidlərimiz ölkənin işğal altında olan minlərlə hektar ərazini və bir neçə kəndimizi düşmən tapdağından xilas etdilər. Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ondan xəbər verir ki, biz cənab Ali Baş komandanımız, cənab İlham Əliyevin səyi ilə öz doğma torpaqlarımıza qayıdacağıq.
Bu gün biz gördüyümüz işlər haqqında nə qədər danışsaq da bitməz. Bizim bura yığışmaqda əsas məqsədimiz sizi dinləmək, verdiyiniz təkliflərin 2018-ci ilin planına daxil etməkdir. Bu gün siz şəhər camaatını narahat edən problemlərinizi eşitmək istərdim.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Akif Tağıyev, Hüsaməddin Abbasov, Altun Rəcəbli, Elmira Nuriyeva, Əvəz İsmayılov, Camal Zülfiyev,  görülən işlərə görə minnətdarlıqlarını bildirdilər. Şəhər ərazisində su çəkilişi nəticəsində dağılmış küçələrin asfaltlaşdırılmasına, səkilərin bərpasına, istinad divarlarının tikintisinə, 3 saylı orta məktəbin akt zalının əsaslı təmirinə, kommunal yaşayış binalarında istilik və həyətlərində yeni işıqlandırma sisteminin qurulmasına, uşaq əyləncə-istirahət mərkəzinin və gənclər evinin tikintisinə, “Gənlik” stadionunun əsaslı təmirinə, parklarda yeni oturacaqların qoyulmasına köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verildi

Keçidlər