“Ölkəmizi tanıyaq” tur-aksiyasa iştirakçılarının yolasalma mərasimi keçirildi
11 noyabr 2017-ci il tarixdə Heydər Əliyev meydanında rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun təhsildə fərqlənən bir qrup məktəbli uşaqların “Gəncə-Şəmkir-Göygöl” rayonlarına təntənəli yola salma mərasimi keçirildi.
Lerik rayonunun ümumtəhsil məktəblərinin öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər X-XI sinif şagirdi və onları müşayiət edən bir neçə müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Gəncə-Şəmkir-Göygöl şəhərlərinə səyahət edəcək, şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Mərasim iştirakçıları öncə Heydər Əliyev meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoydular.
Tur-aksiya iştirakçılarını yolasalma mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiya iştirakçılarını salamlayaraq 09 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik etdi. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlər barədə məlumat verdi, məktəblilərə tövsiyələrini bildirdi və yaxşı yol arzuladı. Məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə etdi.