Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

9 noyabr Dövlət Bayrağı Günü və 12 noyabr Konstitusiya Günü münasibəti məktəblilər arasında şahmat birinciliyi keçirildi

09 noyabr 2017 | 16:00

08 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Lerik Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Lerik Rayon Gənclər və İdman İdarəsinin dəstəyi və Lerik Rayon Uşaq, Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı Günü və 12 noyabr Konstitusiya Günü münasibəti ilə rayon məktəbliləri arasında şahmat birinciliyi start verildi.
Öncə yarış iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoydular. Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış oldular.
Sonra tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu xanım Vəliməmmədova yarış iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq, əlamətdar bayramlar münasibəti ilə təbrik etdi. Bu tarixi günlərin əhəmiyyəti haqqında yeniyetmə idmançılara məlumat verdi.
Tədbirdə rayon təhsil şöbəsinin və gənclər və idman idarəsinin məsul işçiləri də çıxış edərək, yarış iştirakçılarına uğurlar dilədilər.
2 gün davam edən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 80 idmançıdan ibarət  8 komanda birincilik uğrunda mübarizə aparırdı. Yarışda qalib gələn idmançılara Lerik Rayon Uşaq, Gənclər İdman-Şahmat məktəbinin Fəxri Fərmanları və diplomları təqdim edildi.

Keçidlər