Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Bayraq Günü və Konstitusiya Günü münasibəti ilə tədbir keçirildi

08 noyabr 2017 | 16:00

08 noyabr 2017-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 9 Noyabr Dövlət Bayraq Günü və 12 Noyabr Konstitusiya Günü  münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə, idarə, təşkilat və müəssisə rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Bayram tədbiri Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Giriş sözü ilə tədbiri açan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını əlamətdar bayramlar  münasibətilə təbrik etdi.
Bildirdi ki, Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri Dövlət Bayrağıdır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə, himnimizə ehtiram göstərir və bunu özünün müqəddəs borcu kimi qəbul edir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.
1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqlənmiş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın Dövlət Bayrağı elan edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixinin  Dövlət Bayrağı günü kimi qeyd olunduğunu, məhz bu sərəncama uyğun olaraq hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə keçirildiyini bildirdi.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Bakı şəhərində Dövlət Bayrağı Meydanının təntənəli açılışını etdiyini və bayrağımızı 162 metr hündürlükdə dalğalandığını vurğuladı.
Sonra rayon icra hakimiyyətinin başçısı 12 noyabr Konstitusiya Gününün qəbul edilməsindən söhbət açaraq qeyd etdi ki, ötən əsrin 90-cı illərində Dövlət Müstəqilliyi haqqında konstitusiya aktını qəbul edən  Azərbaycan  suveren bir ölkə kimi Dünya Birliyinin üzvü olsa da qarşıda hüquqi və demokratik dövlət quruculuğu kimi mühüm bir vəzifə dayanırdı. Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə   mükəmməl qanunlar toplusuna ehtiyacı var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. Demokratik islahatlar yeni konstitusiyanın tezliklə qəbul olunmasını  tələb  edirdi. 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində  Müstəqil Azərbaycan Respublikasının  ilk Konstitusiyasının yaradılması ilə bağlı  məsələ gündəmə gəldi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı. Konstitusiya komissiyasının ilk iclasında  layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması  bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas prinsiplərini necə olacağını  bəyan etdi. Birmənalı şəkildə  demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiya 1995-ci ilin noyabrın 12-də referendum, ümumxalq səsverməsi ilə qəbul edildi.
Sonra tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova geniş məruzə ilə çıxış etdi.
Məruzə ətrafında rayon məhkəməsinin sədri Atabəy Kiçibəyov və təhsil şöbəsinin əməkdaşı Hüseynbala Əliyev çıxış edərək Azərbaycan Respublikasının Dövlət Bayrağının yaranması və  12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın yüksək məziyyətlərindən danışdılar.
Sonda rayon icra hakimiyyəti başçısı bildirdi ki, bu günlərin bayram kimi qeyd edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Biz hədsiz qürur hissi keçiririk ki, Dövlət Bayrağımız bu gün dünyanın bütün qitələrində, beynəlxalq təşkilatların iqamətgahlarının qarşısında, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır. Bütün dünya azərbaycanlıları bu müqəddəs bayraq, azərbaycançılıq məfkurəsi ətrafında birləşirlər. Azərbaycanın bu gün tam müstəqil siyasət yürüdüyünü, xalqımızın bu siyasətin real nəticələrinin canlı şahidi olduğunu qeyd edən natiq Dövlət Bayrağımızın yaxın zamanda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızda dalğalanacağına əminliyini ifadə etdi.

Keçidlər