Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

02 noyabr 2017 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Soru kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaq bildirdi ki, ərazilərdə, kəndlərdə vətəndaşlarla görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq keçirilir. Sizinlə belə görüşlərimiz bir neçə dəfə olmuşdur. Bu gündə qrafikə uyğun olaraq növbəti dəfə sizlərlə birlikdəyik .
Cənab Prezidentin dediyi kimi “Azərbaycan vətəndaşına dövlət qurumları tərəfindən hər yerdə hörmət olmalıdır, onlarla normal rəftar edilməlidir”. Bu tələb respublikamızın hər bir dövlət idarəsinin fəaliyyətində əsas prinsipə çevrilmişdir. Biz bir daha görürük ki, Prezidentin istəyi xalqa xidmət etməkdir, problemləri həll etmək, insanları incitməmək, əsassız tələblər irəli sürməmək bu tələblərin mahiyyətini təşkil edir. Müstəqil respublikamızın iqtisadi yüksəlişi bu amillərə  möhkəm təməl yaratmışdır. Son illərdə Prezident İlham Əliyevin səyləri ilə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mükəmməl strateji kursun dönmədən davam etdirilməsi nəticəsində insanların həyat səviyyəsi  xeyli yüksəlmiş, onların güzəranına, ehtiyaclarının ödənilməsinə qayğı və diqqət artmışdır. Bütün bunlar rayonumuzun sakinlərini də ürəkdən sevindirir, fərəhləndirir, yeni qələbələrə ruhlandırır.
Cənab Prezidentin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın digər rayonları kimi, Lerik rayonu da ildən-ilə inkişaf edir və abadlaşır. Son illər rayon mərkəzi ilə yanaşı ucqar dağ kəndlərimizdə də yeni məktəb binaları tikilib istifadəyə verilmiş, bir neçə kəndə qaz xətti çəkilmiş, kəndara yolları təmir edilmiş, bir neçə kəndin yoluna asfalt döşənmişdir.
Daha sonra rayon icra hakimiyyəti başçısı Soru kəndinin də daxil olduğu Əliabad ərazisində qaz çəkilişi, məktəb tikintisi, mədəniyyət sahələrində və elektrik təsərrüfatında görüləcək işləri qeyd etdi, aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və ərazidə elektrik və rabitə xətlərinin təmirinə, mübahisəli pay torpaqlarının naturada göstərilməsinə, su probleminin həllinə, qaz xəttinin çəkilişinə, Soru kənd yolunun təmirinə və yeni məktəb binasının tikilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verildi.

Keçidlər