Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon Ağsaqqallar Şurasının VII konfransı keçirilmişdir

08 noyabr 2012 | 16:00

2012-ci il noyabrın 7-də Lerik Rayon Ağsaqqallar Şurasının VII konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzdülər.
Rayon mədəniyyət evində davam etdirilən tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun konfransa təbrik məktubu oxundu. Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, Rayon ağsaqqallar şurası ötən hesabat dövründə öz fəaliyyətini Azərbaycan Ağsaqqallar Şurasının Əsasnaməsi və Nizamnaməsi əsasında qurmuş, dövlətimizin və hökumətimizin siyasətinin yaşlı nəsil arasında təbliğinə xüsusi diqqət yetirmişdir. Şura üzvləri gənclərin Milli Orduya yola salınmasında iştirak etmiş, onlara Vətənə şərəflə xidmət etməyi məsləhət görmüş, xeyir-dualarını vermişlər. Rayon ağsaqqallar şurasının ərazilərdəki təşkilatları bir sıra dəyərli təşəbbüslər qaldırmış və ictimaiyyət tərəfindən bəyənilmişdir. Oktyabrın 1-i hər il Beynəlxalq Ahıllar Günü kimi qeyd edilmiş, ağsaqqallar şurasının xahişi ilə ərazilərdəki imkansız qocalara rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir. Hesabat dövründə rayon ağsaqqallar şurasının 4, idarə heyətinin 8 yığıncağı keçirilmiş, 16 məsələ müzakirə edilmişdir. Zəngin təcrübəsi olan ağsaqqallar ictimai fəaliyyətə geniş cəlb edilmişlər. Rayon icra hakimiyyətində ağsaqqallarla iki dəfə görüş keçirilmişdir. Ağsaqqalların qaldırdıqları məsələlər, verdikləri məsləhət və tövsiyələr rayon rəhbərliyi tərəfindən nəzərə alınmışdır. Rayon ağsaqqallar şurasının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
Məruzə ətrafında çıxış edənlər ötən konfransdan keçən dövr ərzində rayon ağsaqqallar şurasının gördüyü işlərdən bəhs etdilər, bir sıra dəyərli təkliflər səsləndirdilər. Müzakirələrdən sonra konfransın qətnaməsi qəbul edildi. Rayon ağsaqqallar şurasının yeni tərkibi, həmçinin komissiyaların tərkibi seçildi.
Yeni seçilmiş şuranın birinci iclasında Həmzə Vəliməmmədov yenidən Lerik Rayon Ağsaqqallar Şurasının sədri seçildi. İclasda həmçinin sədrin müavini və şuranın idarə heyətinin tərkibi seçildi.
 

Keçidlər