Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

31 oktyabr 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 33 vətəndaş qəbul edilərək dinlənildi.
Qəbul edilən vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən işlə təmin olunmalarına, zəbt olunmuş pay torpaq sahələrinin asudələşdirilməsinə, ev tikintisi üçün torpaq sahəsinin ayrılmasına,  əsən güclü külək nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin bərpasına, ünvanlı dövlət sosial yardımın təyin edilməsinə, maddi köməklik göstərilməsinə, yeni tikdiyi evin sənədləşdirilməsinə və əlillik qrupunun təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, həlli mümkün olan təklif və məsələlərin icrasına köməklik göstərilməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər