Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

20 oktyabr 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayaraq Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.
Sonra “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq rayon mərkəzi xəstəxanasında, Monidigah və Blaband  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu və sənədlərlə işin təşkili vəziyyəti barədə” rayon icra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zamiq Əhədovun arayışı dinlənildi.
Rayon icra hakimiyyətinin başçısı Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlərlə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi. 

 

Keçidlər