Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Öncə Şingədulan kənd ərazi icra nümayəndəliyində fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzi ilə video-konfransla iki vətəndaş qəbul edilərək dinlənildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 37 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Qəbulda olan vətəndaşlar əsasən aramsız yağan yağışla nəticəsində evlərinə dəymiş ziyanın aradan qaldırılmasına, evlərin təmirinə, tikinti materiallarının verilməsinə, sel nəticəsində torpaq kütləsi ilə bağlanmış yolların və suötürücülərinin təmizlənməsinə, işlə təmin olunma, ünvanlı dövlət sosial yardımının təyin edilməsinə, maddi yardım verilməsinə, təhsil və torpaq məsələlərinin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Qəbulda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.