Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

27 sentyabr 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, dini icma sədrləri, din xadimləri və ictimaiyyətin nümayəndələrinin iştirak ilə Şuranın növbəti iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Şura iclasının gündəliyini elan edərək bildirdi ki, məhərrəmlik ayında yaşayırıq. Şuranın təsdiq olunmuş iş planında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin rayonda icrası və rayon icra hakimiyyətinin dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkilinin vəziyyəti barədə” məsələnin müzakirəsi də  məhz bu aya təsadüf edir.
Bildiyiniz kimi bu günlər İslam aləmində hörmətlə qeyd olunur. İnanclı insanlar məscidlərə, dini ibadət yerlərinə toplaşaraq Kərbəla faciəsini yad edirlər.
Əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət-din münasibətlərinin təkmilləşdirilməsi sahəsində apardığı müdrik siyasətin nəticəsidir ki, Azərbaycan dünyada ən tolerant ölkə kimi tanınır, müxtəlif dinlərin və dini konfensiyaların birgə fəaliyyət göstərdiyi məkan kimi dünya ictimaiyyətinin və mediasının diqqətini cəlb edir. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizdə bu mövzularda müxtəlif beynəlxalq tədbirlər keçirilir. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının respublikamızda yüksək səviyyədə keçirilməsi bir daha sübut etdi ki, islam ölkələrinin gücü həmrəylikdədir. Dövlətimiz tərəfindən həm İslam dininə, həm də digər dünyəvi dinlərə xidmət edən dini ibadət yerlərinin təmirinə, tikintisinə, istiliklə təminatına göstərilən diqqət bütün insanlar tərəfindən rəğbətlə qarşılanır.
Son illər cənab Prezidentin müvafiq sərəncamları ilə din xadimlərinin ən çox ibadət yerlərindən olan “Bibiheybət” məscidinin, “Heydər” məscidinin və Gəncədə “İmamzadə”nin, Şamaxı “Cümə məscidi”nin təmir  edilərək vətəndaşların istifadəsinə verilməsi və 2017-ci ilin cənab Prezident tərəfindən “İslam Həmrəyliyi” ili elan edilməsi dövlətin İslama və islam dəyərlərinə verdiyi qiymətin bariz nümunəsidir.
Rayonumuzda da yeni məscidlərin və dini ibadət yerlərinin inşa edildiyini qeyd edərək, Lerik şəhərindəki “Xeyir-Şər” evinin , Gürdəsər və Kələxan kəndlərində məscidlərin təmir edilməsinin insanlarda  böyük sevinc hissi yaratdığını vurğuladı.
Rayonda 96 məscid, 14 ziyarətgah və  pir fəaliyyət göstərdiyini, dini qurumların icma kimi dövlət qeydiyyatından keçirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlərin aparıldığını diqqətə çatdırdı.
Bildirdi ki, məscidlərin fəaliyyətində əsasən Ramazan və Məhərrəmlik aylarında canlanma hiss olunur. Dini etiqad azadlığı haqqında qanunda edilən dəyişikliyə əsasən bu il keçirilən tədbirlərin ümumilikdə ibadət evlərində, məscidlərdə qeyd olunması tövsiyə edilmişdir. Daha sonra rayon icra hakimiyyəti başçısı qeyd etdi ki, bununla bağlı yerlərdə din xadimləri, dini icma sədrləri, ərazi icra nümayəndələri təbliğat işləri apararaq cəmiyyəti maarifləndirməli, dinimizin tələb etdiyi qaydalar çərçivəsində ibadətlərin, dini ayinlərin, tədbirlərin keçirilməsinə nəzarəti artırmalı, ictimai asayişin pozulmasına yönələn hərəkətlərin baş verməməsi üçün əlindən gələni əsirgəməməlidirlər.
Sonra gündəlikdə olan “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin rayonda icrası və rayon icra hakimiyyətinin dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkilinin vəziyyəti barədə” rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın arayışı dinlənildi.
Şura iclasında Lerik şəhər məscidinin axundu İlham Əliyev gündəlikdə olan məsələyə münasibət bildirdilərək dövlət-din siyasətini daim dəstəklədiklərini, rayonda dini ayinlərin icrası zamanı qanunvericiliyinin tələblərinə əməl edildiyini qeyd etdi. Məhərrəmlik və aşura təziyəsinin qanunvericiliyin tələbinə uyğun keçirilməsi məqsədi ilə biz də əhali ilə iş aparırıq. Bu mərasimlərin keçirilməsində heç bir qanun pozuntusuna yol verilməyəcəkdir.
Sonda gündəlikdə olan məsələ müzakirə edilərək müvafiq qərar qəbul edildi

Keçidlər