Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

12 sentyabr 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 30 nəfər vətəndaş qəbul edildi.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, torpaq məsələləri, ev tikintisi və təmiri, həyətyanı torpaq sahəsinin ayrılması, yol və qaz çəkilişi, maddi yardım və əkinə görə subsidiyaların verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər