Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 30 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, ev təmiri və tikintisinə köməklik göstərilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin əvəzlənməsi, su və kanalizasiya problemləri, torpaq məsələləri, kənd yollarının təmir edilməsi, maddi yardım istəməsi və digər məsələlər barədə olmuşdur.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan həlli mümkün problemlərin aradan qaldırılmasına müvafiq köməklik göstərilmişdir. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülmüş, həlli üçün aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilmişdir.