Noda-Şingədulan-Xanagah avtomobil yolunda asfaltlaşdırma işləri davam etdirilir
23 avqust 2017 | 16:00
Cənab Prezidentin 01 noyabr 2016-cı il tarixdə imzaladığı Sərəncamla rayonun otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılmışdır. Yolda torpaq bərkitmə işləri aparılmışdır. Hal-hazırda yolun Xanəgah kəndindən başlayaraq 5 km məsafəsi asfaltlaşdırılmışdır. Yolda 35-dən artıq texnika, 30-a yaxın personal çalışır. Yola asfalt örtüyü döşənir, suötürücü qurğular quraşdırılır.