Şuranın növbəti iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayaraq Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.
Sonra “Rayon icra hakimiyyətinin kütləvi informasiya vasitələri, siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətinin təşkilinin vəziyyəti, 2015-2016-cı illərdə və 2017-ci ilin ötən dövrü ərzində qeyri-hökumət təşkilatlarının rayonda keçirdiyi tədbirlər haqqında” rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın və “Rayonda əkinə yararlı torpaq sahələrindən təyinatı üzrə istifadənin vəziyyəti barədə” rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Mirzəyevin arayışları dinlənildi.
Şura iclasında “Lerik” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İdris Şükürlü və rayon prokuroru Bəhruz İbrahimov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Rayon icra hakimiyyətinin başçısı Şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlərlə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.
Sonda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza yüksək qayğı və diqqət göstərdiyini, rayonun sosial-iqtisadi inkişafını təmin etmək, əhalinin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir neçə dəfə sərəncam imzaladığını vurğuladı. Bu ildə cənab Prezidentin dövlət qulluqçularının peşə bayramı günü ərəfəsində imzaladığı sərəncamla uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini diqqətə çatdırdı, bunu rayonun bütün ziyalılarına verilən qiymət olduğunu qeyd etdi.
Sonra rayon icra hakimiyyəti başçısı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və vəsiqəni Habil Məlikova təqdim etdi.