Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

09 avqust 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2017-ci ilin birinci yarısında Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Şura  iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov bildirdi ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı qeyd etmişdir ki, hesabat dövründə hökumət qarşısında duran bütün vəzifələr uğurla icra olunmuş, həm bölgəmizdə, həm də  dünyada narahatedici məqamlar kifayət qədər çox olsa da, Azərbaycan uğurla inkişaf etmiş, respublikamızda iqtisadi və siyasi sabitlik möhkəmlənmişdir.
Cənab Prezidentin həyata keçirtdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın daha da gücləndiyini və beynəlxalq əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdıran natiq qeyd etdi ki, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Havaların yağmurlu keçməsi səbəbindən və qış aylarında rayonumuzda tikinti-abadlıq işlərinin aparılması mümkün olmadığından, 2017-ci il üçün nəzərdə tutulmuş işlərin həyata keçirilməsinə əsasən aprel ayından başlanılmışdır. Artıq şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı qazılmış küçə və meydanlarda asfaltlaşma işləri həyata keçirilir. Şəhərdə mövcud olan fəvvarələrdə əsaslı təmir işləri aparılır. Xiyaban və parklarda dağılmış sahələrin bərpası, istinad divarlarının qurulması, işıqlandırma sisteminin yenilənməsi, kommunal binaların bloklarında təmir işləri həyata keçirilir. Hazırda taxıl biçini kompaniyası uğurla davam etdirilir və tütün yığımına başlanılmışdır.
Daha sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə ilə çıxış etdi.
Şura iclasında rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, su-kanal idarəsinin rəisi Asif İmanov, təhsil şöbəsinin müdir əvəzi Hicran İbrahimov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı qarşıya qoyulmuş vəzifələrlə bağlı aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar və Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.

Keçidlər