Vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 43 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Qəbul edilmiş vətəndaşlar əsasən müvafiq işlə təmin olunmalarına, maddi yardım göstərilməsinə, ev təmiri və tikintisinə, torpaq məsələləri, kəndara avtomobil yollarının və elektrik xətlərinin təmirinə, su probleminin həllinə, ünvanlı dövlət sosial yardımının təyin edilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, həlli mümkün olan təkliflərin icrasına köməklik göstərilməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.