Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Qarabağ döyüşlərində şəhid olmuş Camal Xanış oğlu Şahıyevin övladı Qorxmaz Şahıyevin toy-ziyafət mərasimi təşkil edilmişdir

26 oktyabr 2012 | 15:00

24 oktyabr 2012-ci il tarixində Lerik Rayon İcra Hakimiyyəti tərəfindən Lerik şəhərindəki “Nur” şadlıq sarayında Qarabağ döyüşlərində şəhid olmuş Camal Xanış oğlu Şahıyevin övladı Qorxmaz Şahıyevin (mərhum çoban Xanışın nəvəsi) toy-ziyafət mərasimi təşkil edilmişdir.
Mərasimdə rayon rəhbərliyi, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmiş, gənclərə xeyir-dua vermişlər. Ailə quran gənclərə rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədovun adından gənclərə məişət əşyaları hədiyyə edilmişdir.
Mərasimdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq etmişlər.
Qeyd edək ki, cənab Prezidentin tapşırığına əsasən 2007-ci ildə şəhidin ailəsinə 3 otaqlı mənzil verilmişdir. 2012-ci ildə müraciəti nəzərə alınaraq Qorxmaz Şahıyev rayon icra hakimiyyəti tərəfindən işlə təmin edilmişdir.
 

Keçidlər