Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirildi

25 iyul 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, din xadimlərinin, məscid dini icma sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirildi.
Konfransda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, komitənin Lənkəran regional şöbəsinin müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə iştirak edirdi.
Konfransı açan rayon icra hakimiyyəti başçısının birinci müavini, Dini məsələlər üzrə komissiyanın sədri Cəlil Baxşıyev qonaqları salamlayaraq son illər rayonda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrilmişdir. Son illər Prezident cənab İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” onun məntiqi davamı kimi 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsi haqqında sərəncam imzalaması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsi olduğunu vurğuladı. Məhz bu siyasət nəticəsində ölkəmizdə müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bütün dünyaya İslamın sülhə, mehribançılığa, həmrəyliyə  xidmət edən bir din olduğunu bir daha nümayiş etdirdiyini diqqətə çatdırdı. Ölkəmizin müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar olduğunu qeyd etdi. 
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda geniş məruzə etdi.
Komitə sədri Azərbaycanda bütün dinlərə bərabər münasibət göstərildiyini qeyd edərək ölkəmizdəki multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırdı. Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını vurğulayan natiq bu işdə hər bir müsəlmanın təşəbbüskar olmasını bildirdi. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özünü ehtiva etdiyini vurğuladı. İslam həmrəyliyinin təbliğinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verdi, onları ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırdı.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, rayon sakinləri Akif Tagıyev, Hüseynbala Əliyev və “Uzunömürlülər” muzeyinin direktoru Dilarə Fətullayeva çıxış edərək rayonda tam dini sabitliyin olduğunu, ölkəmizdəki dünyaya nümunə olan tolerantlıq mühitinin qorunması məqsədilə dini mühitdəki radikal elementlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin məscidlərimizə, dini ibadət evlərinə təsirinin qarşısının alındığını və bu istiqamətdə görülən işlərin daim nəzarətdə saxlanıldığını qeyd etdilər.
Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə keçirilən konfransın panel iclasında “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda müzakirələr aparıldı.
İclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, komitənin Dini maarifləndirmə şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dini ekspertiza şöbəsinin müdir müavini Cahandar Əlifzadə,  Lerik Rayon Gənclər və İdman İdarəsinin sədri Natiq İsaqov və Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxış edərək qeyd etdilər ki, tədbirin keçirilməsində məqsəd dini radikalizmlə mübarizə aparmaq, dindarlar, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqidir.

Keçidlər