Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Vüsal Əliyevin vəfatının ildönümü keçirildi

05 iyul 2017 | 16:00

Ermənistan silahlı qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər, 1996-cı il təvəllüdlü Əliyev Vüsal Əmir oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə əlaqədar doğulduğu və dəfn edildiyi Noda kəndində anım mərasimi keçirildi.
Anım mərasimində şəhidin doğmaları ilə birgə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının və aidiyyəti idarə, təşkilat və müəssisələrin rəhbərləri, müharibə veteranları, kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Mərasimdə torpaqlarımız uğurunda gedən döyüşlərdə şəhid olan həmvətənlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərin ruhuna dualar oxundu.
Sonra mərasim şəhidin ata yurdunda davam etdirildi, ruhuna Quran tapşırıldı və ehsan süfrəsi açıldı.

Keçidlər