Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi

23 iyun 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edirdilər.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edərək, dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Dərindən düşünülmüş və elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanması və icrasının təmin edilməsi, Azərbaycanın yüksək iqtisadi sıçrayışına və stabil inkişafına ehtibarlı zəmin yaradan nəhəng quruculuq işləri hər bir vətəndaşımızda qürur hissi yaradır.
Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsidir. Bu il bayram ərəfəsində  cənab Prezidentin sərəncamı ilə təltif edilmiş dövlət qulluqçuları sırasında rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun olması və onun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi rayonda çalışan dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü"nə həsr olunmuş geniş məruzə ilə çıxış etdi.
Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov və Dövlət İdarələri və İctimai Xidmət  İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin sədri Ələkbər Salayev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etdilər, çətin və şərəfli  fəaliyyətlərində uğurlar arzuladılar.
Sonra dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edildi.

Keçidlər