Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Mastail kəndinə mavi qaz verildi

23 iyun 2017 | 16:00

23 iyun  2017-ci il tarixdə Mastail kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Milli Məclisin deputatı İqbal Məmmədov və “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov, rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Livədirqə kənd ərazi icra nümayəndəsi Davud Manafov qonaqları salamlayaraq bildirdi ki, bu gün ərazimizin əhalisinin böyük sevincinə səbəb olan bir tədbirə - Mastail kəndinə mavi qazın verilməsinin açılışına həsr olunmuş mərasimə toplaşmışıq.
Daha sonra natiq bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz ildən-ilə inkişaf edir, dünya birliyində yerini daha da möhkəmləndirir.  Son illər Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin davam etdirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrimiz simasını dəyişir, müasirləşir, əhalinin rifah halı daha da  yaxşılaşır. Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. Bunun bariz nümunəsi kimi ərazimizin Livədirqə kəndində tikilmiş yeni məktəb binası, Mastail kənd məktəbinin əsaslı təmir edilməsi, Mastail, Livədirqə və Murya kəndlərində yeni körpülərin tikilərək istifadəyə verilməsi, Mastail kəndində elektrik xətlərinin sip kabellərlə əvəzlənməsi, Əvilə kənd məktəbi üçün yeni binanın tikintisinə başlanılması, Nüsomurya kəndində veteranlar evinin tikintisi və bu gün ərazimizin bir neçə kəndinə mavi qazın verilməsi dediklərimizə əyani nümunədir. Bu gün Mastail kəndinə müxtəlif diametrli borularla 135 abonentin evinə qaz xətti çəkilmişdir. Müqəddəs Ramazan bayramı ərəfəsində kəndimizə mavi qazın verilməsinə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəkdir.
Sonra kənd sakinləri adından ağsaqqal Adil Rzayev və gənclərin nümayəndəsi Sadiq Mirzəzadə çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov və Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək kənd sakinlərini Ramazan bayramı və kəndə mavi qazın verilməsi münasibəti ilə təbrik etdilər. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdılar. 
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov ilk öncə kənd sakinlərini salamlayaraq əlamətdar hadisə-təbii qazın verilməsi münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, cənab Prezidentin qayğı və diqqəti ilə son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işlərinin həyata keçirilir. Yollar salınır, yeni məktəblər, səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Bu gün rayonun Mastail kəndinə mavi qazın verilməsi cənab Prezidentin rayona göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Göstərdiyi bu qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin  həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.
Sonda rayon İcra hakimiyyəti başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovun xeyir-duası ilə 135 abonenti olan Mastail kəndinə təbii qazın verilməsini bildirən məşəl alovlandırıldı.

Keçidlər