Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

20 iyun 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Öncə Piran kənd ərazi icra nümayəndəliyində fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzi vasitəsi ilə video-konfransla iki vətəndaş qəbul edilərək dinlənildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 20 vətəndaş qəbul edildi.
Qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, ev tikintisi, yaşayış evinin qəzalı vəziyyətdə olması, torpaq məsələləri, maddi yardım verilməsi, kəndara yollarının təmiri və digər məsələlərlə bağlı idi.
Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər