17 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və 2012-ci ilin doqquz ayında
Rayon icra hakimiyyətinin inzibati binasında keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı R.Bağırov açaraq bildirdi ki, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin iqtisadi, siyasi, sosial və mədəni sahədə qazandığı uğurlar bir daha səslənmiş, xarici siyasətimiz haqqında geniş məlumat verilmiş, qazanılmış uğurlarla yanaşı qarşıda duran vəzifələr müəyyən edilmişdir.
Daha sonra 9 ayda rayonda görülmüş işlər barədə rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədovanın məruzəsi dinlənildi.
Məruzəçi qeyd etdi ki, Respublikamızdakı uğurlu iqtisadi reformalar rayonumuzun da sosial–iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır.
2012-ci ilin üçüncü rübündə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı artmışdır. Ümumi məhsul buraxılışının həcmi 2011-ci ilə nisbətən 4,7 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 3,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 5,6 faiz, pullu xidmət 2,5 faiz və təmir-tikinti işləri 10,6 faiz, sənaye məhsulunun ümumi həcmi 2,4 faiz artmışdır. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 269 manata, əhalinin gəlirləri 12,3 faiz artaraq 48 milyon 950 min manata çatmışdır.
Dövlət Proqramının icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 3017, o cümlədən cari ildə 1062 yeni iş yeri, ümumilikdə isə 2004-2011-ci il və 2012-ci ilin keçən dövrü ərzində 7763 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.
Daha sonra natiq qeyd etdi ki, Dövlət Proqramına uyğun olaraq rayonun 10-dan yuxarı yaşayış məntəqəsinə qaz xətti çəkilir. Gələn ilin sonuna kimi əksər kəndlərimizin qazla təmin edilməsi üçün müvafiq tədbirlər görülür.
Lerik şəhərində istinad divarları bərpa olunmuş, ağlay plitələri ilə üzlənmiş, səkilərə ağlay və tamet plitəsi, küçə və yollara asfalt döşənmişdir. İ.Yaqubov, Nizami, A.Əsədullayev küçəsində yenidənqurma işləri aparılır, istinad divarları hörülür, səkilər quraşdırılır.
Şəhərdə eyni vaxtda 300 nəfər qonağı qəbul edə biləcək xeyir-şər evinin inşası davam etdirilir. Hər cür avadanlıqlarla təchiz edilmiş, 150 nəfər qonaq üçün nəzərdə tutulmuş çadır daxili imkanlar hesabına alınaraq rayon sakinlərinin istifadəsinə verilmişdir. 6 saylı vergilər idarəsi üçün Lerik şəhərində kompüter terminalının, rayon statistika idarəsi üçün inzibati idarə binasının tikintisi başa çatdırılmışdır. Yaponiya dövlətinin maliyyə dəstəyi ilə rayonumuzun Şingədulan kəndində həkim məntəqəsi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Yeni dərs ilinin başlanması ilə əlaqədar 6 kəndimizdə yeni məktəb binası açılmış, daha 9 kənddə isə yeni məktəb binalarının tikintisində işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2012-ci il tarixli Sərəncamının icrası istiqamətində bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisində işlər sürətlə aparılır, 6 km yol asfaltlaşdırılmışdır. Bu dövlət rəhbərinin rayonumuza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Lerik Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Qanunlarının, Prezidentin Fərman və Sərəncamlarının, göstərişlərinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının həyata keçirilməsi üçün tələb olunan bütün məsələlərin həllinə, yerli idarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsinə və onların işinə gündəlik nəzarətə səy göstərmişdir.
Keçən doqquz ay ərzində rayon icra hakimiyyəti başçısı aparatına 1054 yazılı müraciət daxil olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 271 yazılı müraciət azdır. Rayon icra hakimiyyətinin inzibati idarə binasında başçı tərəfindən 697, keçən ilə nisbətən 99 az vətəndaş qəbul olunmuşdur. Vətəndaşların müraciətlərinə baxılması, səyyari qəbulların təşkili vəziyyəti rayon icra hakimiyyəti başçısı yanında geniş şura iclasında müzakirə edilmişdir.
Lerik Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Qanunlarının, Prezidentin Fərman və Sərəncamlarının, göstərişlərinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının həyata keçirilməsi üçün tələb olunan bütün məsələlərin həllinə, yerli idarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsinə və onların işinə gündəlik nəzarətə səy göstərmişdir.
Məruzə ətrafında rayon Maliyyə idarəsinin rəisi Elman Abbasov, Əhalinin Sosial Müdafiəsi mərkəzinin direktoru Vəligulla Alışov, 43 saylı yol istismarı idarəsinin müdiri Elxan Əliyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər. Qosmalian kənd ərazi icra nümayəndəsi Elxan Nurullayev çıxış edərək cənab Prezidentin sərəncamı ilə ayrılmış maliyyə vəsaiti hesabına tikilən Lerik-Qosmalian-Kəlvəz yolunda işlərin yüksək keyfiyyətlə aparıldığını qeyd etdi və bütün sakinlər adından Cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edildi.