Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi

16 iyun 2017 | 16:00

17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin əməkdaşları, tibb işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev tibb işçilərinin peşə bayramı günü münasibəti ilə şərəfli peşə sahiblərini təbrik etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla Respublikanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-nin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması qərara alınmışdır.
1918–1920-ci illərdə və Sovet hakimiyyəti illərində respublikada səhiyyə sisteminin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. 1960-cı illərin sonu - 1970-ci illərin əvvəlləri, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Bütün sahələrdə olduğu kimi, səhiyyədə də inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin səhiyyə sistemi gündən-günə inkişaf edir, paytaxtda və bölgələrdə müxtəlif tibb müəssisələrinin fəaliyyəti üçün maddi-texniki baza gücləndirilir.
Sonra tədbirdə rayon mərkəzi xəstəxanasının şöbə müdiri, əməkdar həkim Sadiqə Rufullayeva, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Elxan Qənbərov, Azərbaycan Ziyalılar Cəmiyyətinin rayon şöbəsinin sədri, əməkdar həkim Etibar Həşimov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük tədbirlərin həyata keçirildiyini vurğuladılar, rayonun səhiyyə sahəsinə, tibbi işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək bildirdi ki, 90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldığını vurğuladı.
Əhalinin sağlamlığının qorunması, onlara tibbi yardımın göstərilməsi, sağlamlıqlarının mühafizəsi Azərbaycan Respublikası Prezidentinin daim diqqətində olduğunu, bu sahə üzrə əhaliyə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunlar qəbul edildiyini, bir sıra sərəncamlar və qərarlar verildiyini diqqətə çatdırdı.
Rayonun bir sıra səhiyyə işçilərinin fəxri adlara layiq görülməsi, xüsusilə cənab Prezidentin 16 iyun 2014-cü il tarixli Sərəncamı ilə rayon mərkəzi xəstəxanasının həkimi Sadiqə Rufullayevaya “Əməkdar həkim” fəxri adının verilməsi ölkə başçısı tərəfindən rayonunun səhiyyə sahəsində çalışan tibbi personalına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov səhiyyə sahəsində uzunmüddətli qüsursuz, səmərəli əmək fəaliyyətinə görə və 17 iyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuş bir qrup tibb işçisinə Fəxri Fərmanları təqdim etdi.

Keçidlər