Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

06 iyun 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 25 vətəndaş qəbul edilərək dinlənildi.
Qəbulda vətəndaşlar əsasən işlə təmin olunmalarına, torpaq məsələlərinin həllinə, evinin dam örtüyünün təmirinə, elektrik dirəklərinin və su xətlərinin təmirinə və digər məsələlərin həllinə  köməklik göstərilməsini xahiş etdilər.
Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, həlli mümkün olan təklif və məsələlərin icrasına köməklik göstərilməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər