Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 27 vətəndaş qəbul edilərək dinlənildi.
Qəbulda vətəndaşlar əsasən işlə təmin olunmalarına, tikinti materiallarının verilməsinə, su və kanalizasiya xətinin çəkilişinə, torpaq məsələlərinin həllinə, müalicə və əməliyyat olunmalarına, maddi yardım verilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, həlli mümkün olan təklif və məsələlərin icrasına köməklik göstərilməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.