Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Tahirli Natiqin anım mərasimi keçirildi

17 may 2017 | 16:00

Goranboy-Tərtər istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozması nəticəsində şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Tahirli Natiq Namiq oğlunun ildönümü ilə əlaqədar anım mərasimi keçirildi.
Anım mərasimində şəhidin doğmaları ilə birgə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının və aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərləri, müharibə veteranları, kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Mərasim iştirakçıları şəhid əsgərin məzarını ziyarət edib, tər gül-çiçək dəstələri düzərək ruhuna dualar oxudular.
Mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərin ruhuna dualar oxunaraq Allahdan rəhmət dilədilər.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Natiq Tahirlinin torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olduğunu bildirdi. Şəhidin qısa və şərəfli ömür yoluna nəzər saldı. 2016-cı ilin aprel döyüşlərində ordumuzun düşmən üzərində layiqli qələbə qazandığını, bir neçə vacib strateji yüksəklikləri geri qaytardığını qeyd etdi. Son illər cənab Prezident tərəfindən ordu quruculuğuna göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan Ordusu ilə xalqın yekdil birliyi, Ali Baş Komandanın cəsarətli qərarları nəticəsində hərbçilərimizdə yüksək döyüş əhvali-ruhiyyənin olduğunu diqqətə çatdırdı. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  bütün əsgərlərimizin qisası  güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alındığını, şəhidlərimizin əziz xatirəsinin həmişə qəlbimizdə yaşayacağını vurğuladı.
Şəhidin atasına Natiqin bütün leriklilərin övladı olduğunu və onun əziz xatirəsinin daim uca tutulduğunu, oğlu ilə qürur duymalı olduğunu bildirdi və Vətən sağ olsun deyə başsağlığı verdi. Qeyd etdi ki, nə edək ki, xalqımızın taleyinə erməni kimi mənfur qonşular düşür və uzun müddətdir ki, müharibə şəraitində yaşayırıq. Torpaq uğrunda oğullarımızı şəhid vermək labüddür. Çünki müharibə şəraitində yaşayırıq və hər  bir Azərbaycan oğlu hər an torpaqlar uğrunda mübarizəyə qalxmağa hazırdır. Biz bu gün Natiqlə fəxr edirik. Allah rəhmət etsin.
Mərasimdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək şəhidin atasına, yaxınlarına, kənd camaatına başsağlığı verdi. Vurğuladı ki, şəhidlik zirvəsinə ucalmaq hər kəsə nəsib olmur, Natiq balamız vətən uğurunda canından keçərək bu əlçatmaz zirvəyə yüksəlmişdir.
Sonra şəhidin yaşadığı evin həyətində ehsan süfrəsi açıldı.

Keçidlər