Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Azərbaycanda xalçaçılıq sənətinin inkişafındakı xidmətlərinə görə lerikli xalçaçı ustası Rəsmiyyə Ağayeva Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edildi

06 may 2017 | 16:00

Xalça sənəti Azərbaycan dövlətinin, onun ali  siyasi rəhbərliyinin daim diqqət mərkəzində olub. Bu diqqətin nəticəsidir ki, cənab Prezidentin 1 may 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə Azərbaycan xalçaçılığının inkişafında daim yaxından iştirak edən rayonumuzun, elimizin xalçaçı ustası kimi tanıdığı Ağayeva Rəsmiyyə Əfrəddin qızı “Tərəqqi” medalı ilə təltif edilmişdir.
   Bu münasibətlə Lerik Rayon İcra Hakimiyyəti, rayon ictimaiyyəti və çalışdığı Lerik Peşə Məktəbinin kollektivi Rəsmiyyə Ağayevanı təbrik edir, xalq sənətinin  inkişafındakı xidmətlərində uğurlar və müvəffəqiyyətlər arzulayırlar.
    Ağayeva Rəsmiyyə Əfəddin qızı 29 avqust 1959-cu ildə Lerik rayonu, Lerik qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. O, 1974-cü ildə qəsəbə natamam orta məktəbinin (Lerik şəhər 3 saylı orta məktəbi) 8-ci sinfini bitirərək Lənkəran şəhər 34 saylı texniki peşə məktəbinə xalçaçı ixtisası üzrə daxil olmuşdur. 1975-ci ildə məktəbi bitirmişdir.
    Əmək fəaliyyətinə 1976-cı ildə Lerik qəsəbə 63 saylı texniki peşə məktəbində xalçaçı usta vəzifəsində başlamışdır. 1986-cı ildə Lerik Rayon Mədəniyyət Şöbəsində kütləvi işçi, 1988-ci ildən hal-hazıradək Fuad Qafarov adına Lerik Peşə Məktəbində xalçaçı usta vəzifəsində çalışır.
    R.Ağayeva bu gündə gənclərə Azərbaycan xalçaçılıq sənətinin sirlərinin öyrədərək, bu sənətin inkişaf etdirilməsi və gələk nəsillərə ötürülməsi istiqamətində səylə çalışır. 
   Onun əl işləri respublika və rayon səviyyəsində keçirilən sərgilərdə dəfələrlə nümayiş etdirilərək sərgi iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər