Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 25 nəfər vətəndaş qəbul edildi.
Qəbulda vətəndaşlar əsasən müvafiq işlə təmin olunmalarına, qəzalı vəziyyətdə olan evlərin tikintisinə, ev tikməkdən ötrü həyətyanı torpaq sahəsinin ayrılması və tikinti materialının verilməsinə, xəstə həyat yoldaşının müalicə olunmasına, maddi yardım göstərilməsinə, borca görə elektrik enerjisi verilişinin bərpasına, elektrik dirəyinin dəyişdirilməsinə, kəndara avtomobil yollarının təmirinə, su-kanalizasiya problemlərinin və torpaq məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, həlli mümkün olan təklif və məsələlərin icrasına köməklik göstərilməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.