Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın iştirakçısı olan dövlətlərdə demokratik islahatlar: Azərbaycan Respublikasının təcrübəsi” adlı seminar keçirildi

18 aprel 2017 | 16:00

18 aprel 2017-ci il tarixdə Milli Məclisin deputatı İqbal Məmmədovun təşəbbüsü, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının təşkilatçılığı ilə Lerik rayonu, “Relax” turizm və istirahət mərkəzində “Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın iştirakçısı olan dövlətlərdə demokratik islahatlar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda seminar keçirildi.
Öncə tədbirə qatılmış qonaqlar rayonun Piran kəndi ərazisində fəaliyyət göstərən sənaye müəssisəsinə - “Lerik Broyler” quşçuluq fabrikinə baxış keçirdilər.
“Relax” turizm istirahət mərkəzində dəyirmi masa ətrafında davam edən seminarı giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov qonaqları rayonun qonaqsevər əhalisi adından salamladı, MDB PAA-nın növbəti mötəbər tədbirinin keçirilməsi üçün ucqar dağ rayonu olan Lerikin seçilməsinə görə təşkilatçılara minnətdarlığını bildirdi. Son illər xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası dinamik inkişaf edir, mərkəzi şəhərlərlə yanaşı regionlarımızda sürətlə inkişaf edir.
Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Müstəqil Respublikanın qəbul edilmiş ilk Konstitusiyası ilə əsası qoyulmuş demokratik, hüquqi islahatların, beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının yaradılmasının, insan hüquq və azadlıqlarının qorunmasının, gender bərabərliyinin, azad sözün, mətbuatın inkişafı, insanların sərbəst toplaşmaq azadlıqlarının və demokratik prinsiplərin qəbul edilməsinin nəticəsidir ki, bu gün dünyanın inkişaf etmiş ölkələrinin maliyyə böhranı ilə üzləşdiyi bir vaxtda Azərbaycan dinamik inkişaf edir, xarici dövlətlərdə iri layihələrin icrasına sərmayə qoyur, respublikada sabitlik və əmin-amanlıq hökm sürür.
Ümummilli Liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi daxili və xarici siyasət bu gün onun layiqli varisi-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Möhtərəm Prezidentin siyasi xəttinin bir neçə aspektinə diqqət yetirməklə onun Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev Ulu Öndərin başladığı neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması ilə Azərbaycanın bölgədəki lider mövqeyi daha da möhkəmləndirildi. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilməsi isə Azərbaycanın iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Bütün bunlar həm də Azərbaycanın iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi.
Natiq bildirdi ki, Azərbaycanın bütün regionları sürətlə inkişaf edir, sosial problemlər həll edilir və insanların rifah halı durmadan yüksəlir. Regionların belə sürətli inkişafına gedən yolun əsas başlanğıcı, heç şübhəsiz ki, Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilən «Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» ilə qoyulub. Onun davamı olaraq, dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunan «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» və 27 fevral 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş üçüncü Dövlət Proqramı isə əldə olunan nailiyyətlərin miqyasının daha da genişlənməsinə, bəzi parametrlər üzrə keyfiyyətcə yeni mərhələnin əsasının qoyulmasına gətirib çıxarıb.  Burada xüsusi qeyd ediləsi ən vacib məqamlardan biri isə ondan ibarətdir ki, sözügedən proqramların icrası insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, kənd təsərrüfatının, ümumilikdə isə qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunmasına əvəzsiz töhfələr vermişdir. Bunun bariz nümunələrini biz Lerikdə aydın görürük. Respublikamızda həyata keçirilən  uğurlu iqtisadi reformalar, demokratik islahatlar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır.
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində son illər əmək haqları və pensiyalar  artırılmış,  dağ rayonu Lerikdə əhalinin həyat səviyyəsi yaxşılaşmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı, əhaliyə göstərilən rabitə, nəqliyyat və ticarət xidmətləri artmış, şəxsi təsərrüfatlarda mal-qaranın və davarların  sayı çoxalmışdır.
Son illərdə cənab Prezidentin üç dəfə rayonumuza səfər etməsi və Lerikin inkişafına həmişə xüsusi qayğı və diqqət göstərməsinin nəticəsidir ki, dağların qoynunda hər cür müasir infrastrukturu olan bir şəhər tikilmişdir. Küçə və xiyabanlara asfalt döşənmiş, işıqlandırma sistemi yenidən qurulmuş,  parklar salınmışdır. Respublika Prezidentinin 20 iyun 2008-ci il tarixli Sərəncamı ilə şəhər statusu verilmiş Lerikdə yeni infrastrukturların, kanalizasiya şəbəkəsinin yaradılması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, dayanıqlı və sabit elektrik enerjisi ilə təmin olunması məqsədilə layihələrin icrası, Modul tipli elektrik stansiyasının tikintisi həyata keçirilmişdir.
Seminarda Milli Məclisin deputatları Hadı Rəcəbli, İqbal Məmmədov və Rüfət Quliyev, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun direktoru Dimitri Qladey, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun eksperti Dimitri Barışnikov, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının direktoru Elman İmaməliyev, müstəqil ekspertlər Şikar Qasımov, Sübhan Namazov, Lerik Rayon Məhkəməsinin sədri Firdovsi Əliyev, Azərbaycan Respublikası Daxili İşlər  Nazirliyinin Lerik Rayon  şöbəsinin rəisi Hüseynəli Məlikov, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov, Lerik bələdiyyəsinin üzvü, şəhər bir saylı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva, 78 saylı Dairə Seçki Komissiyasının sədri İdris Şıxəliyev çıxış edərək müxtəlif istiqamətlər üzrə həyata keçirilən demokratik islahatlar haqqında geniş məlumat verdilər.

Keçidlər