Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Oktyabrın 12-də “Lerik” qəzetinin 75 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir

13 oktyabr 2012 | 15:00

Oktyabrın 12-də “Lerik” qəzetinin 75 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak edirdilər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Daha sonra tədbir iştirakçıları mədəniyyət evinin foyesində “Lerik” qəzetinin 75 illik keçdiyi tarixi yolu əks etdirən sərgi ilə tanış oldular.
Tədbirdə “Lerik” qəzetinin 75 illlik fəaliyyəti barədə qəzetin redaktoru Respublikanın Əməkdar jurnalisti İdris Şükürlünin məruzəsi dinlənilib.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, qəzetin keçmiş əməkdaşı Qəhrəman Əliyev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova,”Astara” qəzetinin redaktoru Azər Abdullayev, Hüseynbala Əliyev, şair Ağacəfər Həsənli, Milli Məclisin Deputatı İqbal Məmmədov, Rayon ziyalılar cəmiyyətinin sədri Etibar Həşimov təbrik nitqi ilə çıxış etmişlər.
Mərasimə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov yekun vurub. “75 il xoş günümüzdür, xoş ovqat bəxş edən bir hadisədir”, – deyən icra başçısı qəzetin daşıdığı missiyanın ətraflı təhlilini verib. O, rayonda gedən geniş abadlıq və quruculuq işlərinin vüsət almasında qəzet işçilərinin də şərəfli zəhmətinə toxunub. Qeyd edib ki, rayon rəhbərliyi də öz mətbu orqanlarının uzunömürlülüyünün təminatı, tirajının və dövriliyinin artırılması üçün bütün səy və imkanlarını əsirgəmir. Mətbuata qayğı və diqqətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. RİH başçısı rayon icra hakimiyyətinin fəxri fərmanlarını, qiymətli hədiyyələrini media təmsilçilərinə təqdim etdi.
Tədbir rayon mədəniyyət evinin musiqi kollektivinin rəngarəng ifaları ilə davam etdirildi.
 

Keçidlər